Haqqımızda
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Təhsil Tələbə Krediti Fondu Həmkarlar İttifaqı Komitəsi Təhsil Tələbə Krediti Fondunda çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.

İttifaqın struktur genişliyi və üzv sayı
Təhsil Tələbə Krediti Fondu Həmkarlar İttifaqı Komitəsi 29 nəfər ittifaq üzvünü özündə birləşdirir.
Təhsil Tələbə Krediti Fondu Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri:


